6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Kreml: Yaxın Şərqdəki vəziyyət çox kövrək və gözlənilməzdir

21-aprel-2026
Kreml: Yaxın Şərqdəki vəziyyət çox kövrək və gözlənilməzdir
Yazı Ölçüsü:

Rusiya Yaxın Şərq ətrafında aparılan danışıqların davam edəcəyinə və güc tətbiqindən qaçınmağın mümkün olacağına ümid edir.

"PostMedia" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət hələ də çox həssasdır və faktiki olaraq proqnozlaşdırılması çətindir.

O qeyd edib ki, Rusiya hazırda Yaxın Şərq üzrə danışıqlarda vasitəçi rolunu oynamır, lakin lazım gəldiyi halda istənilən dəstəyi göstərməyə hazırdır. Onun fikrincə, regionda hərbi ssenariyə qayıdış qlobal iqtisadiyyat və regional təhlükəsizlik üçün daha ağır nəticələrə səbəb ola bilər.

Peskov əlavə edib ki, Rusiya digər ölkələrlə dialoqa can atır, lakin xüsusilə Avropa ilə münasibətlərdə qarşılıqlı addımların kifayət qədər olmadığını düşünür.

Kremlin nümayəndəsi həmçinin vurğulayıb ki, Rusiya dünya enerji bazarlarında mühüm və məsuliyyətli oyunçu olaraq qalır və bu baxımdan ölkənin rolunu nəzərdən qaçırmaq çətindir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930