6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ukrayna Donbasın bir hissəsini “Donniland” adlandırmağı təklif edib – NYT

21-aprel-2026
Ukrayna Donbasın bir hissəsini “Donniland” adlandırmağı təklif edib – NYT
Yazı Ölçüsü:

Son aylarda Ukrayna ilə bağlı aparılan sülh danışıqları zamanı ukraynalı rəsmilər Donbasın hələ də Rusiya ilə mübahisəli olan bir hissəsinin “Donniland” (Donnieland) adlandırılmasını mümkün variant kimi müzakirə ediblər. Bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin qeydinə görə, belə təkliflər hazırkı qlobal siyasi reallığı əks etdirir. Belə ki, müxtəlif ölkələr ABŞ prezidenti Donald Trump-ın diqqətini və dəstəyini qazanmaq üçün onun adından istifadə etməyə çalışırlar.

Məqalədə oxşar nümunələr də xatırladılır. Bildirilir ki, 2018-ci ildə Polşa ABŞ hərbi bazasının yerləşdirilməsi təşəbbüsünü “Fort Trump” adı ilə irəli sürmüşdü. Həmçinin ötən il Ermənistan və Azərbaycan arasında Ağ Evdə imzalanan sülh razılaşması çərçivəsində yaradılan nəqliyyat marşrutuna “Trump Route for International Peace and Prosperity” (TRIPP) adı verilmişdi.

“The New York Times” yazır ki, Trampın adının geosiyasi alətdə istifadə olunmasının ən qeyri-adi nümunələrindən biri məhz Donbasla bağlı bu təklif ola bilər və bu məsələ indiyədək geniş ictimaiyyətin diqqətindən kənarda qalıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930