Dəniz blokadası məsələsi danışıqlar üçün çox ciddi maneə olaraq qalır və bu məsələ pakistanlı vasitəçinin diqqətinə çatdırılıb. O, da bu gün bildirib ki, mövzunu Donald Tramp ilə müzakirə edib.
"PostMedia" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dəniz blokadası ilə yanaşı, tərəflər arasında mesaj mübadiləsində ABŞ-nin həddindən artıq tələbləri də vurğulanır və bu, gələcək danışıqların real perspektivindən xəbər vermir.
Bu səbəbdən İran nümayəndə heyəti hesab edir ki, ABŞ bu məsələ ilə bağlı qeyri-real mövqeyini qoruduğu və hərbi sahədə məğlubiyyətinə gətirib çıxaran eyni səhv hesablamalarla danışıqlara yanaşdığı müddətdə, proses sadəcə vaxt itkisi olacaq. Bu halda İran belə uzanan danışıqlarda iştirak etməyəcək.
Bununla yanaşı, qeyd olunur ki, əsas maneələr aradan qaldırılmadan və Tehran üçün qəbul edilə bilən razılaşmaya dair konkret perspektiv formalaşmadan, İran ABŞ-nin hərbi əməliyyatlar müstəvisinə qoşulmaq üçün heç bir əsas görmür.
Eyni zamanda, İran bəzi KİV-lərdə səsləndirilən – danışıqların sadəcə aldatma olduğu ilə bağlı ssenarini də nəzərdən keçirir və mümkün hərbi qarşıdurmaya hazır olduğunu, ABŞ-ni yenidən cəzalandıra biləcəyini bildirir.