6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Makron mayın 5-də Ermənistana gedir

21-aprel-2026
Makron mayın 5-də Ermənistana gedir
Yazı Ölçüsü:
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanla Fransanın Yerevandakı səfiri Olivye Dekottinyi arasında keçirilən görüşdə məlumat verilib.
"Baş nazirin müavini xüsusilə 4 mayda Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitinin, eləcə də Fransa Prezidenti Emmanuel Makronun ertəsi gün Ermənistana gəlişinin əhəmiyyətini vurğuladı".
Görüş zamanı tərəflər ikitərəfli gündəlikdəki bir sıra məsələləri, o cümlədən Fransanın Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Sisian-Kajaran yol hissəsinin tikintisində iştirakını müzakirə ediblər.
Xatırladaq ki, Fransa prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabr ayında baş tutmuşdu. 2023-cü ildə Ermənistan mətbuatı Makronun 21 sentyabrda (Ermənistanın Müstəqillik Günü) gələcəyini yazmışdı, lakin bu baş tutmamışdı.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930