6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək

21-aprel-2026
3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək
Yazı Ölçüsü:
Bundan sonra minimum 3 il stajı olan məhkəmə hakimləri də güzəşli ipotek krediti ala biləcəklər.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin imzaladığı Fərmanda göstərilib.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998; 2025, № 4 (I kitab), maddə 333, № 7, maddə 646, № 8, maddə 761) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 3.2.5-1-ci yarımbənd əlavə edilsin:
“3.2.5-1. ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri;”.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930