6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Azərbaycanın da təmsil olunduğu Antalya Diplomatik Forumu bu gün başlayıb

18-aprel-2026
Azərbaycanın da təmsil olunduğu Antalya Diplomatik Forumu bu gün başlayıb
Yazı Ölçüsü:

Bugün Türkiyənin Antalya şəhərində "Antalya Diplomatik Forumu 2026" öz işinə start verib

 "PostMedia" xəbər verir ki, 17–19 aprel tarixlərində keçirilən forumda dünyanın 150 ölkəsindən yüzlərlə yüksək səviyyəli nümayəndə iştirak edəcək.

Tədbir Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə təşkil olunub və əsas mövzusu “Gələcəyin formalaşdırılması və qeyri-müəyyənliyin idarə olunması”dır.

Forum çərçivəsində qlobal və regional münaqişələr, xüsusilə Yaxın Şərq və İran ətrafında vəziyyət müzakirə olunacaq.

Tədbirdə 20-dən çox dövlət və hökumət başçısı, 50-dən artıq nazir, o cümlədən xarici işlər nazirləri iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan da forumda yüksək səviyyədə təmsil olunur. Forum müddətində 40-dan çox sessiya və görüşün keçirilməsi planlaşdırılır. Təhlükəsizlik tədbirləri gücləndirilib və tədbirə giriş yalnız xüsusi akkreditasiya ilə mümkündür.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031