6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiyalı deputatlar Ermənistanın suverenliyinə qarşı “müharibə elan ediblər” – XİN

02-iyun-2026
Rusiyalı deputatlar Ermənistanın suverenliyinə qarşı “müharibə elan ediblər” – XİN
Yazı Ölçüsü:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 2-də İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı bildirib ki, rusiyalı deputatlar, müxtəlif media nümayəndələri və ekspertlər “Ermənistanın suverenliyinə qarşı müharibə elan ediblər” və ölkənin daxili işlərinə daim müdaxilə edirlər.

"PostMedia" xəbər verir ki, Ermənistan “hər gün və hər yerdə hibrid təhdidlərlə” üzləşir. Bu təhdidlərə geniş miqyaslı dezinformasiya və ictimai rəyin manipulyasiyası daxildir ki, bunların bir hissəsi ölkə daxilindəki siyasi və ekspert dairələri tərəfindən, digər hissəsi isə xaricdən, o cümlədən Rusiya tərəfindən yayılır.

Mirzoyan əlavə edib ki, bütün bu məsələlər konstruktiv, işgüzar və tərəfdaşlıq mühitində həll edilməlidir. O, Ermənistan və Rusiya arasında normal və tərəfdaşlıq münasibətlərinin davam edəcəyinə əmin olduğunu bildirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930