Litvanın müvəqqəti işlər vəkili Yolanta Tubayte Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Litva hakimiyyətinin sovet əsgərlərinin məzarlarını ləğv etmək planları ilə bağlı sərt etiraz bildirilib.
”PostMedia” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, iyunun 1-də keçirilən görüş zamanı Litvanın Vevys şəhərində “Litvanın faşizmdən azad olunması uğrunda döyüşlərdə həlak olmuş sovet əsgər və zabitlərinin məzarlığının dağıdılması planları” ilə bağlı narazılıq ifadə olunub.
Qeyd olunub ki, aprelin 30-da Şyaulyay şəhərindəki analoji məsələ ilə bağlı edilən etirazdan sonra da Vilnüsün bu istiqamətdə addımları davam edir.
Rusiya XİN həmçinin vurğulayıb ki, hərbi məzarlıqların dağıdılması, zədələnməsi və ya təhqir olunması Rusiya qanunvericiliyinə görə cinayət məsuliyyəti yaradır. Açıqlamada bu addımlara görə məsul şəxslərin Moskvaya məlum olduğu da qeyd edilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
