6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Azərbaycan Beynəlxalq İqtisadi Forumda iştirak edəcək

02-iyun-2026
Azərbaycan Beynəlxalq İqtisadi Forumda iştirak edəcək
Yazı Ölçüsü:

Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dünyanın təxminən 76 ölkəsindən yüksək səviyyəli dövlət xadimləri və siyasətçilərin iştirakı gözlənilir.

PostMedia" xəbər verir ki, onların sırasında Azərbaycan nümayəndələri də yer alacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.

“Peterburqda bu dəfə yüksək səviyyəli nümayəndələrə gəlincə, biz hesablamışıq ki, təxminən 76 ölkədən dövlət xadimləri və siyasətçilər gələcək”, — deyə o bildirib.
Onun sözlərinə görə, forumda Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Vyetnam, Zimbabve, İndoneziya, Yəmən, Qazaxıstan, Kamerun, Qırğızıstan, Kolumbiya, Konqo Demokratik Respublikası, Kuba, Livan, Myanma, Nikaraqua, BƏƏ, Səudiyyə Ərəbistanı, Seneqal, Serbiya, Syerra-Leone, Uruqvay, Mərkəzi Afrika Respublikası və digər ölkələrdən vitse-prezidentlərin, vitse-premyerlərin və nazirlərin iştirakı gözlənilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930