Bu gün Rusiyadan Azərbaycan tranziti ilə Ermənistana növbəti buğda və gübrə partiyası göndəriləcək.
"PostMedia" xəbərv erir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistana iki vaqon gübrə və iki vaqon buğda daşınacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) “Biləcəri” stansiyasından yola düşəcək. Daha sonra qatar “Böyük Kəsik” stansiyası vasitəsilə Gürcüstana keçəcək və oradan da Ermənistana istiqamətlənəcək.
Bundan əvvəl Rusiyadan Azərbaycan tranziti ilə Ermənistana 28 min tondan çox buğda, təxminən 4 min ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.
Bundan əlavə, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. Bu günədək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin tədarük edilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
