6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Penitensiar Xidmət 355 min manatlıq dəftərxana ləvazimatları almaq istəyir

01-iyun-2026
Penitensiar Xidmət 355 min manatlıq dəftərxana ləvazimatları almaq istəyir
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tabe qurumlarının ehtiyaclarının təmin edilməsi məqsədilə dəftərxana ləvazimatlarının satın alınması üzrə tender elan edib.

"PostMedia" xəbər verir ki, tenderin predmetinə müxtəlif növ dəftərxana mallarının alınması daxildir. Satınalma çərçivəsində ümumilikdə 47 adda mal və xidmətin əldə olunması nəzərdə tutulur.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 354 min 775 manat 85 qəpik təşkil edir.

Tender vasitəsilə alınacaq dəftərxana ləvazimatlarının Penitensiar Xidmətin tabe qurumlarının gündəlik fəaliyyətinin təmin edilməsinə yönəldiləcəyi bildirilir.

Maraqlı tərəflər müəyyən edilmiş qaydalara uyğun olaraq tenderdə iştirak edə bilərlər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930