6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Azərbaycanın Avropaya qaz ixracı may ayında 2,8%-ə çatıb

02-iyun-2026
Azərbaycanın Avropaya qaz ixracı may ayında 2,8%-ə çatıb
Yazı Ölçüsü:

Avropa İttifaqının enerji bazarında Azərbaycan qazının payı artmaqda davam edir. "PostMedia" xəbər verir ki, son məlumatlara görə, Azərbaycanın Avropaya qaz tədarükü ümumi həcmin 2,8%-ni təşkil edib.
2026-cı ilin yanvar–may aylarında Avropaya qaz nəqlində LNG 39% payla lider olub. Şimal dənizi qazı (əsasən Norveç) 31% ilə ikinci, Şimali Afrika qazı 8,2% ilə dördüncü yerdə qərarlaşıb.
Şərqdən gələn qaz tədarükü isə ümumilikdə 5% təşkil edib. Bu kateqoriyaya Rusiya qazı, Ukrayna vasitəsilə tədarüklər və Avropa şirkətlərinin Ukrayna anbarlarından qaz çıxarışı daxildir.
Qeyd edək ki, Avropa bazarında enerji mənbələri arasında rəqabət davam edir və ümumi LNG idxalı mayda azalsa da, yanvar–aprel aylarında göstəricilər yüksək səviyyədə qalıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930