6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

“Chanmi” tayfunu Okinavaya zərbə vurub – xəsarət alanlar var, yüzlərlə reys ləğv edilib

02-iyun-2026
“Chanmi” tayfunu Okinavaya zərbə vurub – xəsarət alanlar var, yüzlərlə reys ləğv edilib
Yazı Ölçüsü:

Ən azı doqquz nəfər “Chanmi” tayfunu nəticəsində yüngül xəsarət alıb. Tayfun Okinava prefekturasına dəymiş və hazırda Yaponiyanın əsas adaları – Kyuşu, Sikoku və Honşuya doğru hərəkət etməkdədir.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Katibi Minoru Kihara məlumat verib.

Onun sözlərinə görə, Okinavada həmçinin altı binaya ziyan dəydiyi qeyd olunub.

TASS-ın hesablamalarına görə, tayfunun yaxınlaşması səbəbindən 300-dən çox hava reysi ləğv edilib. Əsas məhdudiyyətlər Kyuşu adasında yerləşən Miyazaki və Kaqosima hava limanlarına təsir edib – tayfun hal-hazırda həmin istiqamətə hərəkət edir.

Meteoroloqların məlumatına görə, “Chanmi” Okinavanın üzərindən keçib və hazırda Kyuşudan cənubda, təxminən saatda 25 km sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Gözlənilir ki, axşama qədər Kyuşunun cənub hissəsinə çatacaq, sonra isə Sikoku və Honşunun Sakit okean sahilləri boyunca hərəkətini davam etdirəcək.

İyunun 3-ü axşam saatlarında tayfun Tokionun metropoliten bölgəsinə yaxınlaşa bilər, bundan sonra isə Sakit okeana doğru hərəkət edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930