Mayami polisi uçuş zamanı "Frontier Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qapısını açmağa və stüardessanı boğmağa cəhd edən hava xuliqanını saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Hadisə San Juan şəhərindən Çikaqo şəhərinə həyata keçirilən reys zamanı baş verib. 51 yaşlı Juan Qabriel Reyes bir neçə dəfə fövqəladə çıxış qapısını açmağa və pilot kabinəsinə daxil olmağa cəhd edib. Lakin onun qarşısı alınıb və bir qədər sakitləşdirilib. Bundan sonra Reyes stüardessaya hücum edərək onu boğmağa çalışıb.
Qayda pozucusunu yalnız digər sərnişinlərin köməyi ilə zərərsizləşdirmək mümkün olub.
Nəticədə təyyarə uçuşu yarımçıq dayandıraraq Miami hava limanında məcburi eniş edib. Orada isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
