ABŞ İrəvanla müxtəlif sazişlər imzalayarkən heç də Ermənistanın maraqlarını düşünmür.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "RIA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.
May ayının sonunda Ermənistan və ABŞ ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını imzalayıblar. Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı tədarük, hasilat və emal sahələrində əməkdaşlığa dair müqavilələr bağlayıb.
“Əslində orada heç kim Ermənistanın öz maraqları barədə düşünmür. Həmişə yalnız Birləşmiş Ştatların maraqları nəzərə alınır”, – deyə Zaxarova agentliyə müsahibəsində bildirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
