6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Temu"nun adından iş təklifi gəlsə inanmayın - ETX

05-dekabr-2025
Temu"nun adından iş təklifi gəlsə inanmayın - ETX
Yazı Ölçüsü:

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.
Elektron Təhlükəsizlik Xidmətindən (ETX) "PostMedia"ya bildirilib ki, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031