Bakı şəhərində sərnişindaşımada "brutto müqavilə" sistemi tətbiq ediləcək.
"PostMedia" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
A.Rzayevin sözlərinə görə, yeni sistemin tətbiqi daşıyıcılara imkan yaradacaq ki, gecə saatlarında da işləsinlər:
"Hazırda əsas prioritet avtobusların gecə saat 00:00-dək fəaliyyət göstərməsidir. Hazırda bəzən daşıyıcılar sərnişin sayının azalması səbəbindən gecə saatlarında xidmət göstərməyə maraq göstərmir. Amma yeni sistem imkan yaradacaq ki, daşıyıcılar hər kilometrə görə ödəniş alsınlar".