Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq
09-sentyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Bu gwn saat 10:00-dan etibarən Nəsimi rayonun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə "PostMedia"ya "Azəriqaz" İB-dən məlumat verilib.
Məlumata görə, fasilə rayonun Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədardır.
Təmir-bərpa işləri aparılan müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.