6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

15-iyul-2025
Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan etibarən Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"PostMedia" bu barədə "Azəriqaz" İB-nə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031