N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Azərbaycanda sosial müavinətlər və Prezident təqaüdləri artırıldı

01-iyul-2025
Admin
Azərbaycanda sosial müavinətlər və Prezident təqaüdləri artırıldı
Yazı Ölçüsü:

Bu gündən yəni 1 iyul 2025-ci ildən etibarən Azərbaycanda sosial müavinətlərin və Prezident təqaüdlərinin məbləğləri artırılıb.

"PostMedia" xəbər verir ki, müvafiq dəyişikliklər Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla təsdiq edilib.

Yeni müavinət məbləğləri:

  • Əlillik dərəcəsinə görə:
    • 81–100% pozuntu – 300 manat
    • 61–80% pozuntu – 250 manat
    • 31–60% pozuntu – 180 manat

  • Ailə başçısını itirməyə, hərbi qulluqçuların uşaqlarına, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, aztəminatlı ailələrin bir yaşadək uşaqlarına, çoxuşaqlı analara – 140 manat

  • Övladlığa götürülən uşağa – 240 manat

  • Himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara:
    • 0–6 yaş – 500 manat
    • 7–13 yaş – 600 manat
    • 14–18 yaş – 650 manat

  • Uşağın anadan olmasına və dəfn üçün – 600 manat

Prezident təqaüdlərinin yeni məbləğləri:

  • Vətən Müharibəsi Qəhrəmanı – 2 200 manat

  • Milli Qəhrəman – 2 000 manat

  • Şəhid ailəsi, 20 Yanvar və Əfqanıstan hadisələri ilə bağlı həlak olanların ailələri – 700 manat

  • Müharibə və 20 Yanvarla bağlı əlilliyi olan şəxslər:
    • 81–100% – 600 manat
    • 61–80% – 500 manat
    • 31–60% – 400 manat

  • Əlilliyi olan şəxslərə qulluq edənlər – 120 manat

  • Ümumi səbəblərdən əlilliyi olan şəxslər:
    • Gözdən əlillər – 350 manat
    • Digərləri – 250 manat

Fəxri adlara görə təqaüdlər:

  • Prezidentin fərdi təqaüdü – 1 700 manat

  • Xalq yazıçısı, şairi, artisti, rəssamı – 300 manat

  • Əməkdar adlar üzrə (müəllim, jurnalist, həkim və s.) – 200 manat

Kateqoriyalar