Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"PostMedia" bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək İlqar Zülfüqarov küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.