“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankında 3109 nəfər var.
“PostMedia” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının təqdimatında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinə maraq yüksəkdir: “Bunun göstəricisidir ki, 4 il ərzində müsabiqə üçün 40 minə yaxın qeydiyyat olub”.
Fərhad Hacıyev onu da qeyd edib ki, kadr bankının təqdimatında 40 yaxın dövlət qurumu və özəl şirkət nümayəndələri var: “Hesab edirik ki, kadr bankı dövlət qurumları və özəl şirkətlər üçün faydalı olacaq”.
@Report.Az
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
