6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

BƏƏ vətəndaşlarına İran, İraq və Livana səyahət etmək qadağan edilib

01-may-2026
BƏƏ vətəndaşlarına İran, İraq və Livana səyahət etmək qadağan edilib
Yazı Ölçüsü:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti vətəndaşlarına İran, Livan və İraqa səfərləri qadağan edib.

"PostMedia" xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Bildirilib ki, qərar regionda baş verən son hadisələr fonunda qəbul olunub.

Nazirlik hazırda həmin ölkələrdə olan BƏƏ vətəndaşlarını da ilk fürsətdə bu əraziləri tərk edərək ölkəyə qayıtmağa çağırıb.

Rəsmi açıqlamada qeyd olunub ki, hökumət xaricdə yaşayan vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin etməyə davam edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930