6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ursula von der Leyenin açıqlamaları Türkiyədə tənqid olunub

29-aprel-2026
Ursula von der Leyenin açıqlamaları Türkiyədə tənqid olunub
Yazı Ölçüsü:

Türkiyədə Avropa İttifaqı və qurumun genişlənməsi ilə bağlı Ursula von der Leyenin açıqlamaları tənqid olunub.

"PostMedia"nın məlumatına görə, hakim "Ədalət və inkişaf Partiyası"nın (AK Parti) rəsmi nümayəndəsi Ömer Çelik bildirib ki, fon der Lyayenin Türkiyənin Avropadakı təsirinin məhdudlaşdırılması ilə bağlı fikirləri Aİ-nin Ankaraya qarşı real münasibətini və öz təhlükəsizliyini təmin etməkdə acizliyini göstərir.

Çelikin sözlərinə görə, bu cür bəyanatlar Avropa İttifaqının Türkiyə ilə bağlı həqiqi niyyətlərini ortaya qoyur. O qeyd edib ki, Ankaranın Aİ-yə üzvlük danışıqları siyasi motivli meyarlarla uzadılır və bu vəziyyət “maarifçi Avropa”dan çox “xristian klubu Avropa” anlayışını xatırladır.

AK Parti rəsmisi eyni zamanda Aİ siyasətinin ziddiyyətli olduğunu vurğulayaraq qurumun Rusiya-Ukrayna müharibəsi və Gaza Stripdakı vəziyyətlə bağlı mövqeyini nümunə göstərib. O, namizəd ölkələrə münasibətdə “ikili standartların ideoloji əsasları” məsələsini gündəmə gətirib.

Bundan əlavə, Ömər Çelik bildirib ki, Avropa İttifaqı hələ də tamhüquqlu strateji gücə çevrilməyib və hətta NATO çərçivəsində belə öz təhlükəsizliyini tam təmin edə bilmir.

Bundan əvvəl Ursula fon der Lyayen Aİ-nin genişlənməsindən danışarkən bildirmişdi ki, birlik bütün Avropa qitəsini əhatə etməli vəRusiya, türkiyə və Çinin təsir imkanlarını məhdudlaşdırmalıdır.

Bundan sonra Ankara Avropa Komissiyasından izahat tələb edib. "Bloomberg"in yazdığına görə, Brüsseldə isə bildirilib ki, Avropa Komissiyası rəhbərinin sözləri kontekstdən çıxarılmış ola bilər.

Türkiyə Avropa İttifaqına üzvlük üçün müraciətini 1987-ci ildə edib. Üzvlük danışıqları 2005-ci ildə başlayıb və dəfələrlə dayandırılıb. Hazırda danışıqlar üzrə 35 fəsildən yalnız 16-sı açılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930