6°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiyada avtoxuliqanlıq edən azərbaycanlı deportasiya edildi

01-may-2026
Rusiyada avtoxuliqanlıq edən azərbaycanlı deportasiya edildi
Yazı Ölçüsü:

Rusiyada yol hərəkəti qaydalarını kobud şəkildə pozan Şamil Babayev Rusiya vətəndaşlığından məhrum edilərək ölkədən deportasiya olunub.

"PostMedia" xəbər verir ki, bu barədə “Pulya” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Babayev ötən il Saratov küçələrində üzərində Azərbaycan bayraqları olan mavi rəngli "VAZ-2107" markalı avtomobillə təhlükəli sürücülük edib.

Onun qoşa davamlı xətti keçdiyi, qarşı zolağa çıxdığı və yollarda qəza şəraiti yaratdığı bildirilir.

Nəticədə onun barəsində inzibati protokol tərtib olunub və Rusiyadan çıxarılması barədə qərar qəbul edilib.



Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930