6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin və Tramp Ukrayna, Yaxın Şərq və mümkün Qələbə Günü atəşkəsini müzakirə ediblər

29-aprel-2026
Putin və Tramp Ukrayna, Yaxın Şərq və mümkün Qələbə Günü atəşkəsini müzakirə ediblər
Yazı Ölçüsü:

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trump arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

"PostMedia" xəbər verir ki, o, danışığın bir saat yarımdan çox davam etdiyini qeyd eidb.

Rusiya tərəfinin məlumatına görə, Putin Trampa sui-qəsd cəhdi ilə bağlı başsağlığı və dəstəyini ifadə edib, həmçinin baş verənləri qəti şəkildə pisləyib.

Tramp isə öz növbəsində bildirib ki, onun qiymətləndirməsinə görə, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşma “artıq yaxındır”.

Uşakov həmçinin qeyd edib ki, Putin Trampa Qələbə Günü dövründə atəşkəs elan etməyə Rusiyanın hazır olduğunu çatdırıb və ABŞ prezidenti bu təşəbbüsü dəstəkləyib.

Ayrıca olaraq Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub. Bildirilir ki, Putin ABŞ və İsrailin güc tətbiqinə yenidən başlaması halında mümkün “son dərəcə dağıdıcı nəticələr” barədə xəbərdarlıq edib, həmçinin İrana qarşı quru əməliyyatı ssenarisini təhlükəli adlandırıb.

Məlumata görə, Rusiya prezidenti İrana münasibətdə atəşkəs rejiminin uzadılmasını dəstəklədiyini bildirib və İran, Fars körfəzi ölkələri, İsrail və ABŞ ilə təmasları davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Bundan əlavə, Putin Trampa cəbhədəki vəziyyət barədə məlumat verib, rus qoşunlarının təşəbbüsü qoruduğunu bildirib, həmçinin onun həyat yoldaşı Melaniya Trampa ad günü münasibətilə təbriklərini çatdırıb.

Uşakovun sözlərinə görə, danışıq “isti atmosferdə” başa çatıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031