6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

ABŞ İran gəmisinin heyət üzvlərindən altısını azad edib

30-aprel-2026
ABŞ İran gəmisinin heyət üzvlərindən altısını azad edib
Yazı Ölçüsü:

ABŞ tərəfindən saxlanılan İran gəmisinin heyət üzvlərindən altı nəfər azad edilərək Irana qaytarılıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, "Touska" gəmisinin daha 22 heyət üzvü hələ də saxlanılır və İran hakimiyyəti onların azad olunması istiqamətində danışıqları davam etdirir.

ABŞ Mərkəzi Komandanlığı və ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdilər ki, gəmi Hörmüz boğazında müəyyən edilmiş marşrutdan çıxmaq barədə amerikalı hərbçilərin tələbinə tabe olmadığı üçün saxlanılıb.

ABŞ aprelin 13-dən etibarən Strait of Hormuz ətrafında dəniz blokadası həyata keçirir. Bu addım İranın həmin strateji su yolundan gəmilərin keçidini məhdudlaşdırmasına cavab olaraq atılıb. Tehran yalnız özü ilə razılaşması olan ölkələrin gəmilərinə keçidə icazə verdiyini açıqlamışdı.


Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930