Xəbər verdiyimiz kimi, bu gün Milli Onkologiya Mərkəzinin Şüa-diaqnostika şöbəsində partlayış baş verib.
Şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib, həkim-radioloq Asif Nəsirli isə ağır bədən xəsarətləri alıb.
“PostMedia”nın əldə etdiyi məlumata görə, yaralanan Asif Nəsirli 1982-ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.
O, 1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006–2008-ci illərdə isə kliniki ordinatura keçib.
Asif Nəsirli 2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu kimi fəaliyyət göstərir.
O, 2008–2012-ci illərdə Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib.
Həkimin əsas fəaliyyət istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır.
Asif Nəsirlinin 9 elmi nəşri çap olunub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
