6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Şahin Mustafayev Ermənistanda iş adamları ilə görüşüb

29-aprel-2026
Şahin Mustafayev Ermənistanda iş adamları ilə görüşüb
Yazı Ölçüsü:

Bu gü İrəvanda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistanda bir sıra görüşlər keçirdiyi bildirilir.

"PostMedia"nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu gün günorta saatlarında Şahin Mustafayevin İrəvandakı "Apricot Hotels & Resort" hotelində sahibkarlarla görüşü baş tutub.

Görüşdə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da iştirak edib. Bundan əlavə görüşdə erməni iş adamları Samvel Aleksanyan, Sukiasyan ailəsinə məxsus Ran Oil şirkətinin direktoru Boris Ovannisyan və başqaları iştirak ediblər.

Bir neçə saat davam edən görüş zamanı ərazi təhlükəzilik qüvvələri tərəfindən mühafizə edilib. Hətta medianın belə hotelə yaxınlaşamsına icazə veilməyib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930