6°C Bakı
1$ = 1.70₼
Qəza

"Crocus City Hall" silahlı hücum edən şəxsin hamamı yandı

01-may-2026
"Crocus City Hall" silahlı hücum edən şəxsin hamamı yandı
Yazı Ölçüsü:

Moskva yaxınlığındakı Putilkovskaya şossesindəki istifadəsiz hamam kompleksində yanğın baş verib.

"PostMedia" TASS-a istinadən xəbər verir ki, obyekt "Crocus City Hall" silahlı hücum işi üzrə təqsirləndirilən Alişer Kasimova məxsus olub.

Məlumata əsasən, yanğın Putilkovskaya şossesi 26 ünvanında yerləşən, əvvəllər hamam kimi fəaliyyət göstərmiş birmərtəbəli tikilidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Kasimov 22 il 6 ay azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, terror aktını həyata keçirən şəxslərə mənzil kirayəyə verib.

2024-cü ilin martında onun saxlanılmasından sonra özünə məxsus “Çayxona” kafesi və yaxınlıqdakı hamam bağlanmışdı.

Xatırladaq ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930