Donald Tramp administrasiyası xarici hökumətlərə müraciət edərək onları Hörmüz boğazında gəmiçilik azadlığını qorumaq məqsədilə yaradılan yeni koalisiyaya qoşulmağa çağırır.
"PostMedia" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, “Construction of Freedom at Sea” (Dənizdə azadlıq konstuksiyası) adlandırılan koalisiyanın məqsədi diplomatik səyləri koordinasiya etmək, sanksiyaların uzlaşdırılması və məlumat mübadiləsi vasitəsilə təhlükəsiz dəniz tranzitini təmin etməkdir.
CNN qeyd edir ki, Hörmüz boğazı ABŞ və İran arasında danışıqlarda əsas maneələrdən birinə çevrilib. Hər iki tərəf bölgədə tətbiq etdiyi məhdudiyyətləri qoruyub saxlayır.
Donald Tramp bir neçə dəfə bildirib ki, ABŞ boğaz ətrafında digər ölkələrin yardımına ehtiyac duymur. Bununla yanaşı, o, xüsusilə Avropa dövlətlərini kifayət qədər addım atmamaqda tənqid edib.
Bu arada, dünya üzrə yanacaq qiymətlərində kəskin artım müşahidə olunur. ABŞ Dövlət Departamentinin bu həftə müxtəlif ölkələrə göndərdiyi memorandumda diplomatlara yeni koalisiyanın yaradıldığını elan etmək və tərəfdaş ölkələrdən cümə gününədək iştirak qərarı vermələrini istəmək tapşırılıb.
CNN-in əldə etdiyi sənəddə diplomatlara bu mövzunu ABŞ-nin rəqibləri sayılan Rusiya, Çin, Belarus və Kuba ilə müzakirə etməmək göstərişi verilib.
Sənədə əsasən, koalisiyaya ABŞ Dövlət Departamenti və Pentaqon rəhbərlik edəcək. Koordinasiya isə Mərkəzi Komandanlıq (CENTCOM) vasitəsilə aparılacaq.
Pentaqon təhlükəsiz keçidi təmin etmək üçün real vaxt məlumatlarının təqdim edilməsi, təhlükəsizlik tövsiyələri və digər koordinasiya tədbirləri həyata keçirəcək.
Memorandumda vurğulanır ki, ölkələr koalisiyaya diplomatik koordinasiya, informasiya mübadiləsi, sanksiyaların icrasına dəstək, hərbi-dəniz iştirakı və digər formalarda qoşula bilərlər.
Sənəddə həmçinin qeyd olunur ki, ABŞ tərəfdaş ölkələrdən mövcud dəniz qüvvələrini və ya əlavə resurslarını bölgəyə göndərmələrini gözləmir.
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |