6°C Bakı
1$ = 1.70₼
Məhkəmə

“Qanun” və “Xan” nəşriyyatları apellyasiya məhkəməsində uduzub - FOTOLAR

30-aprel-2026
“Qanun” və “Xan” nəşriyyatları apellyasiya məhkəməsində uduzub - FOTOLAR
Yazı Ölçüsü:
“Qanun” və “Xan” nəşriyyatlarının müəllif hüquqlarını pozması ilə bağlı məhkəmə işinin apellyasiya mərhələsi yekunlaşıb.
Pəri Miniatür adı ilə tanınan məşhur rəssam Pərinisə Əsgərova əsərlərinin “Qanun” və “Xan” nəşriyyatlarının kitablarının üz qabığında icazəsiz çap olunması ilə bağlı məhkəməyə şikayət verib.
PostMedia” xəbər verir ki, bu barədə məlumatı rəssam öz "Facebook" səhifəsində paylaşıb.
O bildirib ki, apellyasiya məhkəməsi qarşı tərəfin şikayətini əsassız hesab edərək rədd edib. Eyni zamanda, onun və vəkili Aqil Layıcın təqdim etdiyi apellyasiya şikayəti qismən təmin olunub və tələb edilən təzminatın bir hissəsinin ödənilməsi qərara alınıb.
Pəri Miniatür qeyd edib ki, məhkəmə prosesi zamanı qarşı tərəfin haqsız olduğu sübuta yetirilsə də, bəzi şəxslərə təsir edən amil yalnız maddi itkilərdir:
“ Haqsız və hüquq tapdalayan olduqları sübut olunsa da belə pafoslu insanları nə kiminsə ədalətsizliyə uğraması, nə də ictimai qınaq yox, sadəcə ciblərini yandıran maddiyyat itkisi ola bilərdi”.
Qeyd edək ki, rəssam ümumilikdə 10 min manat təzminat tələb edib, lakin məhkəmənin nə qədər məbləğ müəyyən etdiyini açıqlamayıb. Bildirib ki, qanunvericiliyə əsasən müəllif hüquqları pozulan şəxs 55 min manata qədər təzminat tələb edə bilər və bu səbəbdən məbləğin artırılması üçün yenidən hüquqi addımlar atılması mümkündür.
Xatırladaq ki, Pəri Miniatür daha əvvəl açıqlamalarımda proses zamanı ona qarşı təhqiramiz və seksist ifadələrin yer aldığı məktubların da göndərildiyini vurğulayıb və bunu ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib.
32 ildən artıqdır miniatür sənəti ilə məşğul olduğunu deyən Pəri Miniatür bu məhkəmə işinin həm də digər yaradıcı şəxslər üçün nümunə olduğunu bildirib:
“İnsanlar bilməlidir ki, öz hüquqlarını müdafiə etmək mümkündür. Bu proses gənclər üçün də örnəkdir".
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930