Sabunçu rayonunun Bakıxanov qəsəbəsi və Sumqayıt şəhərində həyata keçiriləcək təmir işləri səbəbindən sabah saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "PostMedia"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, təmir-bərpa işləri müddətində Sabunçu rayonunda S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhərində isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
