6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

TƏBİB-dən açıqlama: "İnternet provayderində yaranan nasazlıq..."

03-sentyabr-2025
TƏBİB-dən açıqlama: "İnternet provayderində yaranan nasazlıq..."
Yazı Ölçüsü:
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəyə gələn xəstələrin böyük izdihamı yaşanıb.
Məsələ ilə bağlı "PostMedia"nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, problem internet rpovayderi ilə bağlıdır:
"3 sentyabr 2025-ci il tarixində səhər saatlarında internet provayderlərdə yaranan çətinliklər səbəbindən “e-tabib” proqram təminatında texniki nasazlıq qeydə alınıb, nəticədə tibb müəssisələrinin elektron qeydiyyat sistemində qısa müddətli fasilələr müşahidə olunub.
Qısa müddət ərzində texniki problem aradan qaldırılıb və hazırda sistemin fəaliyyəti tam bərpa olunub.
Qeyd edək ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və texniki problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.
Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir".
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930