6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Metroda doğulan uşaq və anası xəstəxanadan evə buraxılıb

14-avqust-2025
Metroda doğulan uşaq və anası xəstəxanadan evə buraxılıb
Yazı Ölçüsü:
"Bakı Metropoliteni"nin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıb.
"PostMedia" bu barədə TƏBİB-ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031