6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Çindən idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

19-iyun-2025
Çindən idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Yazı Ölçüsü:

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.

"PostMedia" AQTA-ya istinadən xəbər verir ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26900 ədəd 100 ml-lik (suspenziya) və 20400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031