6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

31-mart-2026
Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yazı Ölçüsü:

Mixeil Saakaşvili səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə görə özünü pis hiss edib, lakin aparılan müayinələr zamanı hər hansı xəsarət aşkar edilməyib.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Penitensiar Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, Saakaşvili arterial təzyiqinin düşməsi səbəbindən özünü pis hiss edib. Həkimlər tərəfindən lazımi tibbi müdaxilələr aparıldıqdan sonra onun təzyiqi normallaşıb.

Bundan əvvəl “Nanuka's Fund” xeyriyyə fondunun təsisçisi, jurnalist Nanuka Jorjolian sosial şəbəkədə Saakaşvilinin Rustavi həbsxanasında huşunu itirdiyini, yıxılarkən başından və ətraflarından xəsarət aldığını yazmışdı. Penitensiar Xidmət isə bildirib ki, məhkumun sözlərinə görə, yıxıldıqdan sonra ayağında ağrı olub, lakin həm vizual baxış, həm də rentgen müayinəsi zamanı heç bir zədə müəyyən edilməyib.

Gürcüstanın üçüncü prezidenti olan Saakaşvili 2025-ci il 12 noyabrda Tbilisidəki “Vivamed” klinikasından №12 penitensiar müəssisəyə qaytarılıb. O, 2022-ci il 12 maydan həmin klinikada müalicə alırdı.

Saakaşvili 2021-ci il 1 oktyabrda saxlanılıb. Həbs olunduğu vaxtdan penitensiar müəssisəyə köçürülənədək o, həbsxanada altı aydan az müddət qalıb, qalan vaxtı isə müxtəlif klinikalarda – əvvəlcə həbsxana xəstəxanasında, sonra Qori hərbi hospitalında, daha sonra isə Tbilisidə “Vivamed” klinikasında keçirib.

Mixeil Saakaşvili dörd cinayət işi üzrə ümumilikdə 12 il 6 ay azadlıqdan məhrum edilib. Bu işlərə deputat Valeri Gelaşvilinin döyülməsi, “Gürcüstan Bankı” əməkdaşı Sandro Girgvlianinin qətlinə görə məhkum olunmuş şəxslərin əfv edilməsi, dövlət vəsaitlərinin mənimsənilməsi və sərhədi qanunsuz keçmə daxildir.

2007-ci il 7 noyabr etiraz aksiyasının dağıdılması ilə bağlı iş isə hələ də məhkəmədə baxılma mərhələsindədir. Bundan başqa, 2025-ci ilin noyabrında Saakaşviliyə “Gürcüstanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış” ittihamı da irəli sürülüb. Prokurorluğun məlumatına görə, o, sosial şəbəkələrdə və videomüraciətlərində tərəfdarlarını qanunsuz və zorakı hərəkətlərə çağırıb, hökumət binalarının ələ keçirilməsinə və “rejimin devrilməsinə” səsləyib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930