N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Bu ölkədə orta təhsil müddəti 12 ildən 11 ilə salındı

26-noyabr-2025
Türkan Nəbi
Bu ölkədə orta təhsil müddəti 12 ildən 11 ilə salındı
Yazı Ölçüsü:

Gürcüstan hökuməti ölkədə məktəb təhsilinin müddətini 12 ildən 11 ilə endirmək barədə qərar verib.

"PostMedia" xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, artıq təhsil islahatları üzərində işlər başlayıb və dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Xüsusilə Qərb ölkələrinin universitetlərinə qəbul olmaq istəyən şagirdlər arasında narahatlıq yaranıb, çünki bir çox ali məktəb 12 illik təhsil tələb edir.

Bu problemi həll etmək üçün dövlət məktəblərində xüsusi “qərb sinifləri” yaradılacaq və burada oxuyan şagirdlər 12 illik proqramla davam edə biləcəklər.

Özəl məktəblərə isə 12-ci sinfi saxlamaq icazə veriləcək.

Kobaxidze bildirib ki, 11-ci sinif tam şəkildə milli imtahanlara hazırlığa yönəldiləcək və tədris proqramı yenidən işlənəcək.

Gürcüstanda 12 illik təhsil sistemi 2005-ci ildə tətbiq olunmuşdu, 2014-cü ildən məktəbə qəbul yaşı 6 olaraq müəyyən edilib.

Hazırda ölkədə 2 294 məktəb fəaliyyət göstərir və hər il orta hesabla 40 min şagird məzun olur.

Hökumət təhsil islahatının mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayıb.

Kateqoriyalar