Azərbaycan alimləri yeni molyusk növlərinin kəşfində iştirak ediblər
23-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Rusiya, Azərbaycan, Vyetnam, Hindistan, Mərakeş, Myanma və Özbəkistandan olan bioloqların iştirakı ilə beynəlxalq elmi qrup iki yeni molyuska növü kəşf edib.
"PostMedia" xəbər verir ki, alimlər Myanma ərazisində elm üçün yeni olan iki presnovod (şirin su) ikiqabıqlı molyusk növünü müəyyən ediblər.
Onlar "Corbicula bilini" və "Corbicula lemroae" adlandırılıb. Bundan başqa, "Sphaerocorbicula" adlı yeni yarımcins (podrod) təsvir edilib.
Tədqiqat zamanı bu molyuskların genetik və morfoloji müxtəlifliyi araşdırılaraq invasiv növlərin müəyyən edilməsi üçün universal sxem hazırlanıb. Yeni yanaşma sayəsində dünyanın müxtəlif ölkələrində bu canlıların növ tərkibini daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.
Araşdırmanın nəticələri Zoologica Scripta jurnalında dərc olunub.