Bu gün Günəşdə "C9.3" sinifli alovlanma qeydə alınıb.
"PostMedia" xəbər verir ki, alovlanma "AR 14246" aktiv bölgəsindən yayılan plazma buludu ilə müşayiət olunub.
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) və SOHO müşahidə alətləri bu hadisəni izləyib. Alovlanma M sinifli alovlanmalardan bir qədər zəif olub, lakin plazma buludu Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Günəşdə baş verən belə alovlanmalar kosmik hava vəziyyətinə təsir göstərir və peyk rabitəsi, enerji şəbəkələri və hətta GPS sistemlərinə müəyyən təsir imkanları yarada bilər.