N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Fizika üzrə Nobel mükafatı makroskopik kvant tunelləşməni kəşf edən alimlərə verildi

07-oktyabr-2025
Türkan Nəbi
Fizika üzrə Nobel mükafatı makroskopik kvant tunelləşməni kəşf edən alimlərə verildi
Yazı Ölçüsü:

2025-ci il Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb.

"PostMedia" xəbər verir ki, mükafata britaniyalı Con Klark, amerikalı Con M. Martinis və fransız Mişel H. Devore layiq görülüblər. Alimlər bu nüfuzlu mükafatı elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləşmə və enerji kəmiyyətləşməsini kəşf etdiklərinə görə alıblar.
Nobel Komitəsinin məlumatına görə, fizikanın əsas suallarından biri kvant-mexaniki effektlərin hansı ölçüyə qədər müşahidə oluna biləcəyidir. Qaliblər bu suala cavab tapmaq üçün apardıqları təcrübələrdə həm kvant-mexaniki tunelləşmə, həm də enerji səviyyələrinin kəmiyyətləşməsini kifayət qədər böyük — əllə tutula bilən — sistemdə nümayiş etdiriblər.
Con Klark 1942-ci ildə Böyük Britaniyanın Kembric şəhərində anadan olub. O, 1968-ci ildə Kembric Universitetində doktorluq dərəcəsi alıb və hazırda Kaliforniya Universiteti, Berkli professorudur.
Mişel H. Devore 1953-cü ildə Parisdə doğulub. 1982-ci ildə Paris-Cənub Universitetində doktorluq dərəcəsini alıb. Hazırda Yale Universiteti (Nyu-Heven) və Kaliforniya Universiteti, Santa-Barbarada professor kimi fəaliyyət göstərir.
Con M. Martinis 1958-ci ildə anadan olub, 1987-ci ildə Kaliforniya Universiteti, Berklidə doktorluq dərəcəsi alıb və hazırda həmin universitetin Santa-Barbara kampusunda professor vəzifəsində çalışır.

Kateqoriyalar