Yerə yaxınlaşan asteroidin trayektoriyasını müəyyən etmək mümkün olmayıb
26-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Mütəxəssislər Ay üçün təhlükə yarada biləcək "2024 YR4" asteroidinin indiki trayektoriyasının məlum olmadığını bildiriblər.
"PostMedia"nın məlumatın görə, alimlər asteroidin may ayından bəri müşahidə olunmadığı və onun mövcud orbiti tam aydın olmadığını deyirlər.
Ekspertlər qeyd edib ki, asteroidin nüvə silahı ilə məhv edilməsi məqsədəuyğun deyil, çünki 60 metrlik asteroid Ayda yalnız 1 km-lik krater yarada bilər və bunun üçün kosmosda nüvə partlayışı təşkil etmək həqiqətən lazım deyil.
Asteroidin trayektoriyası üzrə daha dəqiq qərar 2028-ci ildə onun Yerə yaxınlaşmasından sonra veriləcək, 2032-ci ildə isə ölçülər praktik əhəmiyyət kəsb edəcək.