N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Ermənistana elektromobil idxal edənlər vergi ödəməyəcək

16-oktyabr-2025
Turan Hüseynli
Ermənistana elektromobil idxal edənlər vergi ödəməyəcək
Yazı Ölçüsü:
Ermənistan hökuməti elektromobillərin idxalına tətbiq olunan ƏDV və rüsumların ləğvini bir il müddətinə daha uzadıb.
"PostMedia" xəbəer verir ki, bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin cümə axşamı keçirilən iclasında qəbul edilib.
İqtisadiyyat naziri Qevork Papoyanın sözlərinə görə, 2019-cu ildən qüvvədə olan güzəştin müddəti 1 yanvar 2026-cı ildə başa çatırdı.
“Müsbət nəticələri nəzərə alaraq hesab edirik ki, güzəşti 31 dekabr 2026-cı ilədək uzatmaq məqsədəuyğundur”, – deyə Papoyan bildirib.
O qeyd edib ki, üçüncü ölkələrdən gətirilən elektromobillər Avrasiya İqtisadi İttifaqı çərçivəsində rüsumların ödənilməsindən azaddır. Ermənistanın kvotası 2022-ci ildə 7 min, 2023–2025-ci illərdə isə 8 min avtomobil təşkil edib.
Nazirin sözlərinə görə, tətbiq edilən güzəştlər nəticəsində nəqliyyat vasitələrinin idxalı kəskin artıb.
Bu il Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, Ermənistana artıq 3 elektroavtobus, 14 888 avtomobil (bu, ötən ilin tam göstəricisindən 3 min çoxdur), həmçinin 2 634 motosiklet və moped idxal edilib.
Bununla yanaşı, nazir qeyd edib ki, güzəşt yalnız 2024-cü ildə və daha sonra istehsal olunmuş nəqliyyat vasitələrinə şamil ediləcək.
Baş nazir Nikol Paşinyan güzəştlərin velosipedlərə də şamil olunub-olunmadığını soruşub. Ona izah olunub ki, güzəşt yalnız elektrikli velosipedlərə aiddir.
Paşinyan vurğulayıb ki, ölkəyə gətirilən avtomobillərin sayı artır və bu, tıxaclara və emissiyaların çoxalmasına səbəb olur. Bununla əlaqədar olaraq, o, məsələ ilə bağlı məşğul olacaq fövqəladə işçi qrupunun yaradılmasını tapşırıb.
O, bir daha şəhərdə velosiped istifadəsinin əhəmiyyətinə diqqət çəkib.
Kateqoriyalar