6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Səhər saatlarında bəzi ərazilərdə şişək çaxıb, yağış yağıb

10-oktyabr-2025
Səhər saatlarında bəzi ərazilərdə şişək çaxıb, yağış yağıb
Yazı Ölçüsü:
Ötən gecə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.
Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031