Ermənistan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitə nəzarət xidmətinin Kotayk və Geğarkunik regional idarələrinin əməkdaşları Göyçə gölündə qanunsuz olaraq qurulmuş 423 xərçəng tələsi və 43 balıq toru aşkar ediblər.
"PostMedia" Erməni KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı müvafiq protokol tərtib olunub, 200 ədəd xərçəng isə gölə buraxılıb.
Xatırladaq ki, Ermənistan hökumətinin 26 iyun 2025-ci il tarixli N865-N qərarı ilə Göyçə gölündə balıq və xərçəng ovunun kvotaları, müddətləri, habelə sənaye ovu üçün təşkilati şərtlər və tələblər müəyyən olunub.
Qərara əsasən, 2025-ci il üçün Göyçə gölündə xərçəng növünün sənaye ovuna kvota ayrılmayıb. Sigin (Göyçə balığı) ovu isə gölün bütün ərazisində, sahildən ən azı 500 metr məsafədə həyata keçirilir.