Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağa isə arabir qar yağması müşahidə olunub. "PostMedia" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna diametri 8 mm olan dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 12, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.