Alimlər proqnozlaşdırırlar ki, bu yay çox güclü "El Ninyo" hadisəsi (Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunun normadan yüksək olması) baş verə bilər və bu, dünya üzrə temperaturun rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər.
"PostMedia"nın məlumatına görə, neçən həftə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozu Mərkəzi bildirib ki, iyun-avqust dövründə keçmişdə qeydə alınmış ən güclü El Niño ilə müqayisədə belə bir hadisənin baş vermə ehtimalı 62% təşkil edir.
Hal-hazırda tropik Sakit Okean "La Ninya" fazasında, yəni ENSO-nun soyuq fazasında yerləşir. Bu zaman dəniz səthinin temperaturu orta səviyyədən ən azı 0,5°C aşağı olur. Lakin alimlər proqnozlaşdırırlar ki, yaxın həftələrdə "La Ninya" sona çatacaq, çünki okean isinməyə başlayır. Bundan sonra "El Ninyo" öz yerini tutacaq.
Əgər isti faza baş verərsə, bu “super "El Ninyo"ya çevrilə bilər. Super "El Ninyo" zamanı dəniz səthinin temperaturu uzunmüddətli orta göstəricidən ən azı 2°C yüksək olur. ABŞ-nin aparıcı hava proqnozçusu və uzunmüddətli iqlim ekspertləri Pol Pastelok bildirir ki, bu fazanın intensivliyi hələ də qeyri-müəyyəndir, amma bu payız və qış mövsümündə orta və ya hətta güclü "El Ninyo" ehtimalı mövcuddur.
Noyabrda tufan mövsümünün sonunda super "El Ninyo" inkişaf etmə ehtimalı 15%-dir. Eyni zamanda, NOAA-nın İqlim Proqnozu Mərkəzi oktyabr-dekabr dövründə güclü El Niño baş vermə ehtimalını 1/3 olaraq qiymətləndirir, lakin potensial gücü hələ də çox qeyri-müəyyəndir.
ENSO-nun isti fazası mərkəzi və şərqi Sakit Okeanda tufan fəaliyyətini gücləndirir, eyni zamanda Atlantik Okeanda tufan fəaliyyətini zəiflədir. Bu isə adətən ümumi tufan mövsümünün daha az aktiv keçməsinə səbəb olur.
Müşahidələr göstərir ki, ENSO sikli orta hesabla hər 2–7 ildə bir dəfə isti "El Ninyo" fazası yaradır və bunu soyut "La Ninya" fazası izləyir. Lakin bu fazalar həmişə planlaşdırıldığı kimi baş vermir. Hər faza adətən 9–12 ay davam edir, lakin müddət dəyişə bilər.