6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Fırtına nəticəsində İstanbul sahilləri yaxınlığında qayıqlar batıb

08-yanvar-2026
Fırtına nəticəsində İstanbul sahilləri yaxınlığında qayıqlar batıb
Yazı Ölçüsü:
Türkiyənin bir sıra vilayətlərində şiddətli fırtına müşahidə olunur.
"PostMedia" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə güclü küləyin fəsadları əks olunur: İstanbul sahilləri yaxınlığında qayıqlar batır, Bursada isə binaların damları uçur.
Daha əvvəl meteoroloqlar Türkiyədə fırtına və güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq etmişdilər.
İstanbul hakimiyyəti bildirib ki, bu gün nəqliyyatın işində fasilələr yarana bilər. Güclü küləyin ağacları və dirəkləri aşırda biləcəyi nəzərə alınaraq, vətəndaşlara ehtiyatlı davranmaq tövsiyə olunub. Fırtına səbəbindən bir sıra bərə reysləri də ləğv edilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930