Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar yaradır.
"PostMedia" xəbər verir ki, Avropa Şurasının Prezidenti Antonio Koşta "Silk Way" telekanalına verdiyi müsahibədə bildirib.
Koşta qeyd edib ki, bu "Transxəzər" marşrutunun tam inkişafı üçün böyük perspektivlər açır.
Müsahibədə jurnalist Koştadan soruşub ki, Avropa İttifaqının mərkəzi Asiya ilə əməkdaşlığı çərçivəsində, xüsusilə də Kazaxıstanın böyük enerji tədarükçüsü kimi rolunu nəzərə alaraq, marşrut boyunca infrastruktur boşluqlarının doldurulmasına yönəlmiş yeni Avropa investisiyalarını gözləmək olarmı?”
Koşta cavabında qeyd edib ki, aprel ayında keçirilən AB-Mərkəzi Asiya sammitində biz Orta Marşrutun inkişafını sürətləndirməyi razılaşdırdıq. Ermənistan və Azərbaycan arasında sülh sazişi əlavə yeni imkanlar yaradır. Bu Asiyanı və Avropanı birləşdirən və Qara dənizə qədər uzanan "Transxəzər" marşrutunun tam inkişafı üçün böyük perspektivlər açır.