N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Kaya Kallas6 "Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşdırılması da vacibdir"

02-dekabr-2025
Turan Hüseynli
Kaya Kallas6 "Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşdırılması da vacibdir"
Yazı Ölçüsü:

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması həm də bizim maraqlarımıza xidmət edir.

"PostMedia" xəbər verir ki, bunu dekabrın 2-də Ermənistan–Aİ Əməkdaşlıq Şurasının 6-cı iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Kaya Kallas bildirib.

"Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşdırılması da vacibdir. Bu, həmin ölkələrin xalqlarının qarşılıqlı əlaqəsi və rifahı üçün önəmlidir. Biz müzakirə edirik ki, konkret olaraq nə edə bilərik.

Bütün tərəfdaşlarla görüşlər keçirmək və bütün məsələləri qaldırmaq vacibdir. Biz regional forumlar təşkil etdik, region ölkələrinin nümayəndələri ilə konkret addımlar müzakirə etmək üçün. Tez-tez kiçik detallar da önəmlidir. Məsələn, keçid məntəqələrinin açılması, əlaqələrin təmin edilməsi, energetika infrastrukturu və s.", – deyə Kallas bildirib.

Kateqoriyalar